İtmiş və ya oğurlanmış pasportların yenilənməsi
İtmiş və ya oğurlanmış pasportun Baş Konsulluq vasitəsilə əvəz edilməsi
Tələb olunan sənədlər:
1. Vətəndaşın şəxsiyyət vəsiqəsinin əsli və ya keyfiyyətli scan edilmiş surəti;
2. 18-35 yaş hədlərində kişilər üçün hərbi mükəlləfiyyətdən azad edilmə barədə hərbi biletin əsli və ya keyfiyyətli scan edilmiş surəti və ya möhlət hüququ verilməsi qeydi ilə bağlı çağırış məntəqəsinə təhkim edilmə haqqında vəsiqənin əsli;
3. Pasportun itdiyi və ya oğurlanmasına dair ərazi üzrə polis idarəsindən arayış;
4. Pasportun surəti (olduğu təqdirdə);
5. Ərizə - Anket;
6. Doldurulmuş Xarici ölkədə daimi yaşayan Azərbaycan Respublikası vətəndaşının qeydiyyat vərəqəsi;
7. 2 ədəd foto şəkil (2x2 inches ölçüdə);
8. Sənədlərin tərtib edilib göndərilməsi üçün dövlət rüsümü. 25 (iyirmi beş) ABŞ dolları məbləğində "money order" (nümunəyə bax) və ya “cashier’s check” (nümunəyə bax). "Payable to the Consulate General of Azerbaijan";
9. Pasportun rəsmiləşdirilməsi üçün 75 (yetmiş beş) AZN dövlət rüsumunun AR DİN-in büdcəsinə ödənilməsini sübut edən qəbz. Bu rüsum Azərbaycanda pasporta müraciət edən şəxsin adına ödənilməlidir
10.18 yaşına çatmamış Azərbaycan Respublikası vətəndaşları üçün valideynlərin notariusda təsdiq edilmiş razılıq ərizəsi (hər iki valideyn Baş Konsulluğa gəldiyi təqdirdə ərizə Baş Konsulluqda tərtib olunur, imza təsdiqi üçün 20 (iyirmi) ABŞ dolları məbləğində "money order" və ya "cashier's check" tələb olunur);
“Dövlət rüsumu” haqqında Azərbaycan Respublikasının 2001-ci il 4 dekabr tarixli, 223-IIQ nömrəli Qanununun 14.1- ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşlarına ümumvətəndaş pasportlarının verilməsinə və ya dəyişdirilməsinə görə aşağıdakı məbləğdə dövlət rüsumu tutulur:
- bir yaşınadək uşaqlar üçün - 25 manat;
- bir yaşından üç yaşınadək uşaqlar üçün - 40 manat;
- üç yaşından on səkkiz yaşınadək uşaqlar üçün - 55 manat;
- on səkkiz yaşına çatmış vətəndaşlar üçün - 75 manat.
Azərbaycan Respublikasının ümumvətəndaş pasportunun rəsmiləşdirilməsi üçün nəzərdə tutulan dövlət rüsumunun elektron ödənişini Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin rəsmi internet səhifəsində “Dövlət rüsumlarının, cərimələrin və xidmət haqlarının elektron ödənişi” xanasına daxil olaraq həyata keçirmək mümkündür.
Onlayn ödənişin ödənilməsi mümkün olmadığı təqdirdə qeyd olunan ödənişi Bakı şəhərində yaşayan yaxın qohum və ya tanışlarınız vasitəsilə də həyata keçirə bilərsiniz. Bu halda ödəniş Sizin şəxsiyyət vəsiqənizin surəti əsasında AR DİN-in Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsində həyata keçirilməlidir. Ünvan: Bakı şəhəri, R.Behbudov küçəsi 130, AZ 1014
Müraciət edən şəxs müvafiq qaydaya uyğun ardıcıllıqla tərtib edilmiş sənədlərlə birlikdə şəxsən Baş Konsulluğa gəlməlidir.
Baş Konsulluğa gəlmədən öncə vaxt təyin etmək tələb olunur.
Vətəndaşdan biometrik pasportun tələblərinə uyğun üz təsvirinin foto şəkli, əl-barmaq izləri və elektron imzası alındıqdan sonra, sənədlər elektron formada Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinə göndərilir.
Pasport Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsində rəsmiləşdirildikdən sonra Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi vasitəsilə Baş Konsulluğa göndərilir.
Bu səbəbdən pasportun rəsmiləşdirilməsi adətən 2-3 ay müddət tələb edir.
Renewal of lost/stolen passports through the Consulate General
Required documents:
1. The identity card of the citizen;
2. The original certificate of registration for military or a copy of a warrant for the exemption from military for men from 18 to 35 years of age;
3. A police report on the loss or theft of the passport;
4. Copy of passport (if available)
5. Application form;
6. Registration form;
7. 2 passport size photos
8. State fee for processing the documents. "Money order" (see sample) or "cashier's check" (see sample) in the amount of 25 (twenty-five) US dollars. "Payable to the Consulate General of Azerbaijan".
9. A receipt confirming the payment of state fee for 75 (seventy five) AZN for the passport issuance. This fee must be paid in the name of the person applying for the passport in Azerbaijan.
10. Parents' consent application certified by a notary for citizens under 18 (if both parents come to the Consulate General, the application is drawn up at the Consulate General, a "money order" or "cashier's check" in the amount of 20 (twenty) US dollars is required for signature confirmation);
Note: Electronic payment of state fee can also be done by entering into the "Electronic Payment for State Fees, Fines and Service Fees" on the Interior Ministry's official website.
The applicant must come to the Consulate General in person together with all required documents and with the original identity card.
The appointment is required to visit the Consulate General.
Passport issuance process usually takes 2-3 months.