Vətəndaşlığın müəyyən edilməsi
Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətin müəyyənləşdirməsi
Tələb olunan sənədlər:
1. Doldurulmuş Ərizə-anket
2. 2 ədəd 2x2 (inches) ölçüdə fotoşəkil
3. Azərbaycan Respublikasının Los Ancelesdəki Baş Konsulluğunun adına yazılmış ərizə;
4. Azərbaycan Respublikasının vətəndaşlığına dair və şəxsiyyəti təsdiq edən sənədlərin bütün səhifələrinin surətləri (doğum haqqında şəhadətnamənin surəti, keçmiş sovet nümunəli pasportun surəti, hərbi biletin surəti və s.);
5. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi günədək (yəni, 07.10.1998-ci il tarixinədək) Azərbaycan Respublikasının ərazisində yaşayış yeri üzrə qeydiyyat barədə rəsmi sənədlərin (“Ev kitabı”nın müvafiq səhifələrinin, “Forma A” vərəqinin) möhürlə təsdiq edilmiş surətləri;
6. 18 yaşına çatmamış şəxslərin valideynləri barədə məlumatlar (şəxsiyyətini təsdiq edən sənədlərin surətləri və s.);
7. Şəxsin 1 yanvar 1988-ci ildən 1 yanvar 1992-ci ilədək Azərbaycan respublikası ərazisində məskunlaşmış qaçqın olduğu halda, bu faktı təsdiq edən müvafiq mərkəzi icra hakimiyyəti orqanı tərəfindən verilmiş vəsiqə və ya arayışın surəti (notarial qaydada təsdiq edilmiş);
8. Dövlət rüsumu - 10 ABŞ dolları məbləğində "money order" (nümunəyə bax) və ya “cashier’s check” (nümunəyə bax). Payable to the Consulate General of Azerbaijan.
Qeyd olunan sənədlər Baş Konsulluğa təqdim edildikdən sonra ərizə-anket icraat üçün Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə göndərilir və müraciətə baxılma müddəti həmin vaxtdan başlayır. Bu müraciətə ümumilikdə 1-2 ay müddətində baxılır.
Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyəti müəyyənləşdirmək ilə bağlı verilmiş müraciətlərə baxılmanın nəticələri barədə vəsatət qaldıran müvafiq şəxslərə Baş Konsulluq tərəfindən yazılı məlumat verilir.
Diqqət! Sənədlərin poçt vasitəsi ilə geri göndərilməsi üçün müraciətə poçt xərcləri ödənilmiş zərfin əlavə edilməsi xahiş olunur. Zərfin üzərinə dəqiq ünvanınızın yazılması və ödəniş markasının yapışdırılmasına nəzarət edin.
Sənədlərin poçt vasitəsi ilə göndərilməsi zamanı itirilməsi və yaxud yararsız hala düşməsinə görə Baş Konsulluq məsuliyyət daşımır.
Sənədlər tam və düzgün tərtib edilmədiyi təqdirdə icraya qəbul olunmadan ərizəçiyə geri qaytarılacaqdır.