Vətəndaşlığa bərpa / Restoration of citizenship
Azərbaycan Respublikasının vətəndaşlığına bərpa
(Scroll down for English version)
Əvvəllər Azərbaycan Respublikasının vətəndaşı olmuş və ya Azərbaycan Respublikası vətəndaşlığına xitam verilmiş şəxsin öz vəsatəti əsasında Azərbaycan Respublikası vətəndaşlığına bərpa edilə bilər.
Azərbaycan Respublikasının vətəndaşlığına bərpa üçün tələb olunan sənədlər:
1. Azərbaycan Respublikası Prezidentinin adına yazılmış ərizə-anket;
2. 4 ədəd 3x4 sm ölçüdə fotoşəkil;
3. Şəxsiyyəti təsdiq edən sənədin surəti;
4. QİÇS müayinəsindən keçməsi və sağlamlıq haqqında arayış (vətəndaşlığa bərpa olunmaq üçün müraciət edən şəxs respublikanı tərk etməyibsə, bu sənəd tələb olunmur);
5. Dövlət rüsumunu-60 ABŞ dolları.
Diqqət! Sənədlərin poçt vasitəsi ilə geri göndərilməsi üçün müraciətə poçt xərcləri ödənilmiş zərfin əlavə edilməsi xahiş olunur. Zərfin üzərinə dəqiq ünvanınızın yazılması və ödəniş markasının yapışdırılmasına nəzarət edin.
Sənədlərin poçt vasitəsi ilə göndərilməsi zamanı itirilməsi və yaxud yararsız hala düşməsinə görə Baş Konsulluq məsuliyyət daşımır.
Sənədlər tam və düzgün tərtib edilmədiyi təqdirdə icraya qəbul olunmadan ərizəçiyə geri qaytarılacaqdır.
Azərbaycan Respublikası vətəndaşlığına bərpa haqqında vəsatətə baxan orqanlar
Azərbaycan Respublikası vətəndaşlığına bərpa barədə vəsatətlə müraciət edirlər:
- Azərbaycan Respublikasının ərazisində yaşayan şəxslər – Dövlət Miqrasiya Xidmətinə
- Xarici dövlətlərdə yaşayan şəxslər – Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərinə və ya konsulluqlarına.
Azərbaycan Respublikası vətəndaşlığına bərpa haqqında qərar Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 20-ci bəndinə müvafiq surətdə Azərbaycan Respublikası Prezidenti tərəfindən qəbul olunur.
Restoration of the citizenship of the Republic of Azerbaijan
Citizen of the Republic of Azerbaijan who was previously a citizen of the Republic of Azerbaijan or whose citizenship has been terminated may be restored on the basis of his / her application.
Documents required for restoration of the citizenship of the Republic of Azerbaijan:
1. Application form addressed to the President of the Republic of Azerbaijan;
2. 4 photos (size: 3x4 cm);
3. A copy of the personal identification document;
4. AIDS examination and health certificate (this document is not required if the applicant has not left the country for rehabilitation);
5. State fee - 60 US dollars.
Attention! A prepaid return envelope is required. Make sure you write your exact address on the prepaid return envelope.
The Consulate General is not responsible for the loss of or damage to the documents during shipping.
Documents will be returned to the applicant if they are not properly compiled.
The authorities considering the application for restoration of citizenship of the Azerbaijan Republic
- Persons residing in the territory of the Republic of Azerbaijan should apply to the State Migration Service;
- Persons residing in foreign countries should apply to the diplomatic missions of the Republic of Azerbaijan.
The decision on restoration of citizenship of the Republic of Azerbaijan is made by the President of the Republic of Azerbaijan in accordance with article 109, paragraph 20 of the Constitution of the Republic of Azerbaijan.