Xarici dövlətin vətəndaşlığını qəbul etmiş vətəndaşlar / Citizens of the Republic of Azerbaijan who have adopted citizenship of a foreign state

Xarici dövlətin vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikasının vətəndaşları

(Scroll down for English version)

Xarici dövlətin vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikasının vətəndaşı bir ay müddətində bu barədə müvafiq icra hakimiyyəti orqanına yazılı məlumat verməlidir.

Yazılı məlumatın verilməsi üçün aşağıdakı sənədlər Baş Konsulluğa təqdim edilməlidir:

1. Ərizə-Anket;
2. 2 ədəd 2x2 (inches) ölçüdə fotoşəkil;
3. Azərbaycan Respublikasının ümumvətəndaş pasportunun surəti;
4. Naturalizasiya sertifikatı.

Aşağıdakı hallar Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi üçün əsas hesab edilir:

1. Azərbaycan Respublikası vətəndaşının digər dövlətin vətəndaşlığını könüllü əldə etməsi;
2. Azərbaycan Respublikası vətəndaşının xarici dövlətin dövlət və ya bələdiyyə orqanlarında, yaxud silahlı qüvvələrində və ya digər silahlı birləşmələrində könüllü xidmət etməsi;
3. Azərbaycan Respublikası vətəndaşının dövlət təhlükəsizliyinə ciddi zərər vuran davranışı;
4. Azərbaycan Respublikasının vətəndaşlığını əldə etmiş şəxsin vətəndaşlığa qəbul olunmaq üçün zəruri olan məlumatı qəsdən saxtalaşdırması və ya saxta sənəd təqdim etməsi.

Qeyd: Yuxarıda qeyd olunan vətəndaşlığın itirilməsi ilə bağlı müddəalar bu Qanun qüvvəyə minənədək (30 may, 2014) digər ölkənin vətəndaşlığını əldə etmiş şəxslərə şamil edilmir.

 

Citizens of the Republic of Azerbaijan who have adopted citizenship of a foreign state

A citizen of the Republic of Azerbaijan who acquires citizenship of a foreign state shall provide a written notice to the relevant executive authority within one month.

The following documents must be submitted to the Consulate General for the submission of a written notice:

1. Application form
2. 2 passport size photos (2x2 inches)
3. Copy of the national passport of the Republic of Azerbaijan
4. Certificate of Naturalization

The following shall be considered as the basis for the loss of citizenship of the Republic of Azerbaijan:

1. Voluntary acquisition of citizenship of another state;
2. Voluntary service of the citizen of the Republic of Azerbaijan in the state or municipal bodies of the foreign state or in the armed forces or in other armed formations;
3. The behavior of the citizen of the Republic of Azerbaijan which seriously damages state security;
4. Intentional falsification or submission of false information by the person who has acquired the citizenship of the Republic of Azerbaijan, necessary for admission to citizenship.

Note: The provisions on the loss of the above-mentioned statutes are not applicable to persons who have acquired citizenship of another country before May 30, 2014.

Search in archive