Doğumun qeydə alınması / Issuance of Birth Certificate

Doğum haqqında Şəhadətnamənin verilməsi

(Scroll down for English version)

Azərbaycan Respublikasının Vətəndaşlığı haqqında Qanuna əsasən Azərbaycan Respublikasının vətəndaşından doğulan uşaq Azərbaycan Respublikasının vətəndaşlığını əldə edir. Həmin qanuna əsasən, doğum haqqında şəhadətnamə Azərbaycan Respublikasının vətəndaşlığını təsdiq edən sənəddir.

ABŞ-da yaşayan Azərbaycan Respublikası vətəndaşlarının müraciətinə əsasən yeni doğulmuş uşağa doğum haqqında şəhadətnamə rəsmiləşdirilə bilər. Doğum haqqında məlumat uşağın doğulduğu gündən ən geci 3 ay ərzində verilməlidir.

ABŞ ərazisində doğulmuş Azərbaycan Respublikası vətəndaşlarının qeydiyyatı və onlara Azərbaycan Respublikasının vətəndaşlığını təsdiq edən doğum haqqında şəhadətnamələr aşağıdakı hallarda verilir:

  • Uşaq Azərbaycan Respublikasının Los Ancelesdəki Baş Konsulluğunun konsulluq dairəsinə düşən ştatlardan (Alyaska, Arizona, Kaliforniya, Kolorado, Havay adaları, Aydaho, Montana, Nevada, Nyu Meksika, Oreqon, Yuta, Vaşinqton və Vayominq) birinin ərazisində doğulduqda;
  • Uşağın valideynləri Azərbaycan Respublikasının vətəndaşları olduqda;
  • Uşağa ABŞ-ın səlahiyyətli orqanları tərəfindən doğum haqqında şəhadətnamə verilmədikdə.

Uşağın doğum qeydiyyatını aparmaq və şəhadətnamə vermək üçün valideynlər aşağıdakı sənədləri təqdim edirlər:

1. Valideynlərin şəxsiyyəti təsdiq edən sənədləri;
2. Valideynlərin nigah haqqında şəhadətnaməsi (o cümlədən müvafiq halda, atalığın müəyyən edilməsi haqqında arayış);
3. Doğum haqqında şəhadətnamənin verilməsinə dair Baş konsulun adına ünvanlanmış ərizə (ərizdə uşağa vermək istədiyiniz ad, soyad və ata adı dəqiq qeyd olunmalıdır);
4. Uşağın doğulduğu ABŞ tibb müəssisəsindən notarial qaydada təsdiq edilmiş arayış.

Qeyd: Doğum haqqında şəhadətnamə rəsmiləşdirilərkən heç bir dövlət rüsumu tutulmur.

 

Issuance of Birth Certificate

Based on the application of citizens of the Republic of Azerbaijan living in the United States, a birth certificate can be issued. Birth information should be given within 1 month of the child's birthday.

Birth certificates for children born in the United States are issued by the Consulate General in the following cases:

  • When a child is born in the territory of the following states: Alaska, Arizona, California, Colorado, Hawaii, Idaho, Montana, Nevada, New Mexico, Oregon, Utah, Washington, and Wyoming;
  • One or both of a child are a citizen of the Republic of Azerbaijan;
  • If the US authorities have not issued a birth certificate to the child.

Parents should submit the following documents to register a child's birth:

1. Documents confirming the identity of parents;
2. Marriage Certificate of parents (or certificate identifying the father of a child);
3. Application addressed to the Consul General on issuing a birth certificate (first name, last name, and patronymic should be clearly indicated in the application);
4. Notarized hospital report where the child is born.

Note: No state fee is charged for issuing a birth certificate.

Search in archive