Vətəndaşlıqdan çıxma / Relinquishing citizenship

Azərbaycan Respublikasının vətəndaşlığından çıxma

(Scroll down for English version)

Azərbaycan Respublikasının vətəndaşlığından çıxma üçün tələb olunan sənədlər:

1. Azərbaycan Respublikası Prezidentinin adına yazılmış ərizə-anket;
2. 4 ədəd 2x2 (inches) ölçüdə fotoşəkil;
3. Dövlət qarşısında icra edilməmiş öhdəliklərinin olmaması və ya Azərbaycan Respublikasında hüquqi və fiziki şəxslərin mənafeləri ilə bağlı olan əmlak öhdəliklərinin olmaması barədə müvafiq sənədlər;
4. Dövlət rüsumunun ödənilməsi-60 ABŞ dolları;
5. Şəxsiyyəti təsdiq edən sənədin surəti.

Sənədlərin poçt vasitəsi ilə göndərilməsi zamanı itirilməsi və yaxud yararsız hala düşməsinə görə Baş Konsulluq məsuliyyət daşımır.

Sənədlər tam və düzgün tərtib edilmədiyi təqdirdə icraya qəbul olunmadan ərizəçiyə geri qaytarılacaqdır.

Azərbaycan Respublikasının vətəndaşlığından çıxma haqqında vəsatətin rədd edildiyi hallar

Azərbaycan Respublikasının vətəndaşlığından çıxmaq barəsində vəsatət qaldıran şəxsin dövlət qarşısında icra edilməmiş öhdəlikləri və ya Azərbaycan Respublikasında hüquqi və fiziki şəxslərin mənafeləri ilə bağlı olan əmlak öhdəlikləri varsa, vətəndaşlıqdan çıxmaq haqqında vəsatəti tərəfindən rədd edilə bilər.

Azərbaycan Respublikasının vətəndaşlığından çıxmaq barəsində vəsatət qaldıran şəxs müttəhim kimi cinayət məsuliyyətinə cəlb edilmişsə, yaxud onun barəsində qanuni qüvvəyə minmiş və icra edilməli olan məhkəmə hökmü varsa və ya şəxsin Azərbaycan Respublikası vətəndaşlığından çıxması Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi mənafelərinə ziddirsə, həmin hallar aradan qalxana qədər vətəndaşlıqdan çıxmağa yol verilmir.

Azərbaycan Respublikası vətəndaşlığından çıxma haqqında vəsatətə baxan orqanlar

Azərbaycan Respublikası vətəndaşlığından çıxma barədə vəsatətlə müraciət edirlər:

  • Azərbaycan Respublikasının ərazisində yaşayan vətəndaşlar – Dövlət Miqrasiya Xidmətinə;
  • Xarici dövlətlərdə yaşayan vətəndaşlar isə - Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərinə və ya konsulluqlarına.

Azərbaycan Respublikası vətəndaşlığına xitam verilməsi haqqında qərar Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 20-ci bəndinə müvafiq surətdə Azərbaycan Respublikası Prezidenti tərəfindən qəbul olunur.

 

Documents required for relinquishing citizenship of the Republic of Azerbaijan

1. Application form addressed to the President of the Republic of Azerbaijan;
2. 4 passport size photos (2x2 inches);
3. Document stating the absence of obligations incurred by the State or the absence of property obligations related to the interests of legal entities and individuals in the Republic of Azerbaijan;
4. State fee - $ 60
5. A copy of the identity document.

The Consulate General is not responsible for the loss of or damage to the documents during shipping.

Documents will be returned to the applicant if they are not properly compiled.

The authorities considering the application for relinquishing citizenship of the Republic of Azerbaijan

  • Persons residing in the territory of the Republic of Azerbaijan should apply to the State Migration Service;
  • Persons residing in foreign countries should apply to the diplomatic missions of the Republic of Azerbaijan.

The decision on relinquishing citizenship of the Republic of Azerbaijan made by the President of the Republic of Azerbaijan in accordance with article 109, paragraph 20 of the Constitution of the Republic of Azerbaijan.

Search in archive