news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 03 sentyabr 2025

İlham Əliyevin Ermənistanın Baş naziri Nikol Paşinyan ilə görüşü olub

Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Sammiti çərçivəsində sentyabrın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan ilə görüşüb.

Liderlər Azərbaycan-Ermənistan sülh gündəliyini müzakirə edərək, konstruktiv dialoqun, qarşılıqlı etimadın və regional sabitliyin əhəmiyyətini vurğulayıblar. Hər iki lider sülhün və normallaşma prosesinin irəlilədilməsinə dair beynəlxalq dəstəyi bir daha təsdiqləyən son Vaşinqton Sammiti zamanı əldə edilən müsbət dinamikanı qeyd ediblər.
Tərəflər təmasları davam etdirmək barədə razılığa gəliblər.

Mənbə: president.az

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti