Formula1 yarışı ilə əlaqədar Azərbaycan Respublikasına gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurları
2025-ci ildə Bakı şəhərində keçiriləcək Formula 1 yarışı ilə əlaqədar olaraq Azərbaycan Respublikasına gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər 2025-ci il avqustun 25-dən sentyabrın 30-dək Azərbaycan Respublikasının beynəlxalq hava limanlarında viza ala bilərlər.
Viza verilməsi üçün aşağıdakı sənədlərdən biri əsas hesab edilir:
-
Formula 1 yarışlarının beynəlxalq təşkilatçıları olan "Formula One Management Limited" şirkəti və Beynəlxalq Avtomobil Federasiyası tərəfindən müvafiq qaydalarına uyğun olaraq akkreditasiyadan keçməni təsdiq edən akkreditasiya kartı və ya akkreditasiyadan keçməni təsdiq edən digər sənəd;
-
Bakı Şəhər Halqası Əməliyyat Şirkətində akkreditasiyadan keçməni təsdiq edən akkreditasiya kartı;
-
2025-ci ildə Bakı şəhərində keçiriləcək Formula 1 yarışına bilet, o cümlədən elektron bilet və ya biletin əldə olunmasını təsdiq edən sənəd.