news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 23 sentyabr 2025

Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında Nyu Yorkda keçirilmiş görüş barədə mətbuat məlumatı

22 sentyabr 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan Nyu-York şəhərində BMT Baş Assambleyasının sessiyası çərçivəsində görüşüblər.

8 avqust 2025-ci il tarixli Vaşinqton Sülh Sammitinin nəticələrinə əsaslanaraq, nazirlər sülh gündəliyinin irəlilədilməsi üçün mümkün növbəti addımlar barədə fikir mübadiləsi aparıblar.

Nazirlər dialoqu davam etdirmək barədə razılığa gəliblər.

Mənbə: mfa.gov.az

 

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti