Sənədlərin Tərcüməsi

SƏNƏDLƏRİN TƏRCÜMƏSİ VƏ NOTARİAL TƏSDİQİ

Azərbaycan Respublikasının Los Ancelesdəki Baş Konsulluğu ingilis və ispan dilində tərtib edilmiş sənədlərin Azərbaycan dilinə tərcüməsini təsdiq etmək hüququna malikdir.

Sənədlərin tərcüməsi üçün tələb olunan sənədlər:

  1. Sənədin əsli və notarial qaydada təsdiq edilmiş tərcüməsi.
  2. Vətəndaşın şəxsiyyətini təsdiq edən sənəd.
  3. Dövlət rüsumu:
    Xarici dildən Azərbaycan dilinə- 20 ABŞ dolları (sənədin hər səhifəsi üçün)
    Azərbaycan dilindən xarici dillərə- 40 ABŞ dolları (sənədin hər səhifəsi üçün)
Bütün ödənişlər “money order” (nümunəyə bax) və ya “cashier’s check” (nümunəyə bax) vasitəsilə ödənilməlidir.

Sənədlərin tərcüməsi zamanı tərcümə sənədin əslinə əlavə olunur, qaytanla (qırmızı lentlə) ona tikilir və  Baş Konsulluğun səlahiyyətli əməkdaşının imzası və Baş Konsulluğun gerbli möhürü ilə təsdiq edilir.

Qeyd: Hazırlanmış bütün sənədlər poçt vasitəsilə göndərildikdə, zərfin üstünə ünvan yazılmalı və təsdiq edilmiş sənədlərin geri qaytarılması üçün həmin zərfə üzərində geri ünvanı əks etdirən zərf (self-addressed stamped return envelope) qoyulmalıdır

Diqqət!

Baş Konsulluq sənədlərin poçt vasitəsi ilə göndərişi zamanı itirilməsi və yaxud yararsız hala düşməsinə görə məsuliyyət daşımır.

Sənədlər tam və düzgün tərtib edilmədiyi təqdirdə icraya qəbul olunmadan ərizəçiyə geri qaytarılacaqdır.

Search in archive