Legalization

On December 24, 1980, the United States and on March 5, 2004, Azerbaijan acceded to the Hague Convention Abolishing the Requirement of Legalization for Foreign Public Documents. According to the Hague Convention the documents attached with Apostille are free from legalization by the consular offices of the countries that have joined the Convention and where that documents to be used in.

Apostille is a certificate placed on the document itself or on an "allonge", by the competent authority of the country where the document was drawn up or emanated from. In the Republic of Azerbaijan the Ministry of Justice is a competent authority to issue Apostille. In the U.S. it is the office of the Secretary of State concerned.

According to the Hague Convention the following are deemed to be public documents:

a) documents emanating from an authority or an official connected with the courts or tribunals of the State, including those emanating from a public prosecutor, a clerk of a court or a process-server ("huissier de justice");

b) administrative documents;

c) notarial acts;

d) official certificates which are placed on documents signed by persons in their private capacity, such as official certificates recording the registration of a document or the fact that it was in existence on a certain date and official and notarial authentications of signatures.

However, the Hague Convention does not apply:

a) to documents executed by diplomatic or consular agents;

b) to administrative documents dealing directly with commercial or customs operations.

SƏNƏDLƏRİN LEQALLAŞDIRILMADAN AZAD EDİLMƏSİ

24 dekabr 1980-ci il tarixdən etibarən ABŞ və 5 mart 2004-cü il tarixdən etibarən Azərbaycan Respublikasının iştirakçısı olduğu Xarici Rəsmi Sənədlərin leqallaşdırılması tələbini ləğv edən 5 oktyabr 1961-ci il tarixli Haaqa Konvensiyasına uyğun olaraq, müvafiq iştirakçı dövlətin Apostili (təsdiqnamə) ilə təsdiq edilmiş rəsmi sənədlər digər iştirakçı dövlətlərin konsulluq idarələri tərəfindən aparılan leqallaşdırılmadan azad olunurlar.

Apostil – Haaqa Konvensiyasına müvafiq olaraq, sənədin hazırlandığı və ya verildiyi ölkənin səlahiyyətli dövlət orqanı tərəfindən vurulan ştampdır. Azərbaycan Respublikasında apostil vurmaqla təsdiq etmək səlahiyyətinə Ədliyyə Nazirliyi və Xarici İşlər Nazirliyi, Amerika Birləşmiş Ştatlarında isə hər bir ştatın katibi malikdir.

Haaqa Konvensiyasına uyğun olaraq, Konvensiyanın təsir dairəsinə düşən aşağıdakı sənədlər rəsmi sənədlər hesab edilir:
 
a) dövlət orqanından və ya dövlətin məhkəməsi və ya iqtisadi məhkəməsi ilə əlaqəsi olan vəzifəli şəxsdən alınan sənədlər, o cümlədən dövlət ittihamçısından (prokurordan), məhkəmə katibindən, məhkəmə icraçısından alınan sənədlər;

b) inzibati sənədlər;

c) notarial aktlar;
 
d) özəl fiziki şəxs tərəfindən imzalanmış sənədlərə bərkidilən (əlavə edilən) rəsmi qeydlər, sənədin qeydiyyatını və ya müəyyən tarixdə baş vermiş faktı təsdiq edən və imzaların notarial və rəsmi təsdiqlənməsinə bərabər tutulan rəsmi sənədlər (qeydlər);

Haaqa Konvensiyasına uyğun olaraq, aşağıdakı sənədlər Konvensiyanın təsir dairəsinə düşməyən sənədlər hesab edilir:

a) diplomatik və ya konsulluq idarələri tərəfindən icra edilən sənədlərə;

b) kommersiya və ya gömrük əməliyyatlarına birbaşa aidiyyəti olan inzibati sənədlərə.

Search in archive