Documents on Demand

Azərbaycan Respublikasından Baş Konsulluq vasitəsi ilə məhkumluğun olub-olmamağı ilə bağlı arayışın əldə olunması üçün tələb olunan sənədlər

 

  1. Doldurulmuş Forma;
  2. 25 ABŞ dolları məbləğində “money order” (nümunəyə bax) və ya “cashier’s check” (nümunəyə bax). Payable to the Consulate General of Azerbaijan.
    Sorğunun nəticəsindən asılı olmayaraq bu rüsum geri qaytarılmır.
  3. Sorğu edən şəxsin ümumvətəndaş pasportunun və ya şəxsiyyət vəsiqəsinin kserosurəti.

Sənədlərin geri qaytarılması üçün poçt xərcləri ödənilmiş zərfi əlavə edin (Zərfin üstünə ünvanınızı yazın və sənədlərin Express Mail ilə geri qaytarılması üçün ödəniş markası yapışdırın).

Diqqət!

Baş Konsulluq sənədlərin poçt vasitəsi ilə göndərişi zamanı itirilməsi və yaxud yararsız hala düşməsinə görə məsuliyyət daşımır.

Sənədlər tam və düzgün tərtib edilmədiyi təqdirdə icraya qəbul olunmadan ərizəçiyə geri qaytarılacaqdır.

bakushop_1