Qayıdış Şəhadətnaməsi

Azərbaycan Respublikasına Qayıdış Şəhadətnaməsinin Rəsmiləşdirilməsi

Azərbaycan Respublikası vətəndaşının pasportunun etibarlıq müddəti başa çatdığı və ya itdiyi halda, həmin vətəndaşın Azərbaycan Respublikasına geri qayıtması üçün Baş Konsulluq tərəfindən Qayıdış Şəhadətnaməsi rəsmiləşdirilir.

Qayıdış Şəhadətnaməsi Baş Konsulluq tərəfindən verilən və pasportu müvəqqəti əvəz edən giriş-çıxış sənədidir. Verildiyi tarixdən etibarlıq müddəti 1 ay olan bu sənəd yalnız Azərbaycana səfər etmək üçün etibarlıdır. Şəhadətnamə sahibinin digər ölkələrin ərazisindən (Böyük Britaniya istisna olmaqla) tranzit keçmək hüququ vardır.

Konsulluq dairəsinə düşən ABŞ-ın 13 ştatından (Alyaska, Arizona, Kaliforniya, Kolorado, Havay adaları, Aydaho, Montana, Nevada, Nyu Meksika, Oreqon, Yuta, Vaşinqton və Vayominq) birinin ərazisində müvəqqəti və ya daimi yaşayan Azərbaycan Respublikasının vətəndaşlarının pasportlarının etibarlıq müddəti başa çatdığı halda, onların Azərbaycan Respublikasına qayıtmaları üçün aşağıdakı sənədlər təqdim edilməlidir:

  1. Anket 
  2. Pasportun əsli;
  3. Doğum haqqında şəhadətnamə (olduğu tədqirdə) surəti;
  4. Şəxsiyyət vəsiqəsinin (olduğu təqdirdə) surəti:
  5. Sərbəst formada yazılmış ərizə;

    Baş Konsulluğun adına ünvanlanmış ərizədə müraciət edən şəxsin soyadı, adı, atasının adı, ABŞ-dakı ünvanı, telefon nömrəsi, ABŞ-a gəlmə tarixi, müraciətin səbəbi, Azərbaycana getmək üçün nəzərdə tutulan tarix göstərilməlidir.
  6. Rəngli fotoşəkil - 2 ədəd;
  7. (ABŞ-da daimi yaşıyanlar) "Green Card" sənədinin Notariusda təsdiq olunmuş surəti;
  8. (ABŞ-da daimi yaşıyanlar) "Social Security" sənədinin Notariusda təsdiq olunmuş surəti;
  9. 40 (qırx) ABŞ dolları məbləğində "money order" (nümunəyə bax) və ya “cashier’s check” (nümunəyə bax). Payable to the Consulate General of Azerbaijan.

Qeyd: Pasportunu itirmiş şəxs qayıdış şəhadətnaməsi rəsmiləşdirilməsi ilə əlaqədar Baş Konsulluğa müraciət etdikdə, yuxarıda sadalanan sənədlərdən əlavə pasportun itdiyi ərazinin polis idarəsindən arayış da təqdim etməlidir. 

Sənədlərin geri qaytarılması üçün poçt xərcləri ödənilmiş zərfi əlavə edin (Zərfin üstünə ünvanınızı yazın və Qayıdış Şəhadətnaməsinin Express Mail vasitəsilə geri qaytarılması üçün ödəniş markası yapışdırın).

Şəhadətnamənin verilməsi üçün 5 gün vaxt tələb olunur.

Diqqət!

Baş Konsulluq sənədlərin poçt vasitəsi ilə göndərişi zamanı itirilməsi və yaxud yararsız hala düşməsinə görə məsuliyyət daşımır.

Sənədlər tam və düzgün tərtib edilmədiyi təqdirdə icraya qəbul olunmadan ərizəçiyə geri qaytarılacaqdır.