İtmiş pasportların yenilənməsi

İtmiş və ya oğurlanmış pasportun Baş Konsulluq vasitəsilə əvəz edilməsi üçün tələb olunan sənədlər:

1.Vətəndaşın şəxsiyyət vəsiqəsinin əsli

2.Pasportun itdiyi ərazi üzrə polis idarəsindən arayış

3.Pasportun surəti (olduğu təqdirdə)

4.Ərizə - Anket

5.Doldurulmuş Xarici ölkədə daimi yaşayan Azərbaycan Respublikası vətəndaşının uçot kartoçkası

6.Vətəndaşın ərizəsi Nümunə

7."Green Card"

8.“Green Card” sənədi olmadığı təqdirdə, ABŞ ərazisində qanuni yaşamasını təsdiq edən sənədin notariusda təsdiq olunmuş surəti

9."Social Security"

10.2 ədəd foto şəkil

11.55 (əlli beş) ABŞ dolları məbləğində "money order" (nümunəyə bax) və ya “cashier’s check” (nümunəyə bax)"Payable to the Consulate General of Azerbaijan".

40 (qırx) AZN dövlət rüsumu ödənildikdən sonra, Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsində rəsmiləşdirilmiş yeni biometrik pasport Xarici İşlər Nazirliyi vasitəsilə Baş Konsulluğa çatdırılır.

Qeyd: Pasportunu itirmiş şəxs eyni zamanda cərimə ödəməlidir: 

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 331-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları ümumvətəndaş pasportunun itirilməsinə və ya qəsdən korlanmasına görə 30 AZN miqdarında cərimə edilirlər.

Qeyd: Dövlət rüsumunun elektron ödənilməsi üçün AR Daxili İşlər Nazirliyinin rəsmi internet səhifəsinə (www.mia.gov.az) daxil olaraq, “Dövlət rüsumlarının, cərimələrin və xidmət haqlarının elektron ödənişi” xanasına daxil olaraq həyata keçirilməsi mümkündür.

Müraciət edən şəxs müvafiq qaydaya uyğun ardıcıllıqla tərtib edilmiş sənədlərlə və şəxsiyyət vəsiqəsinin əsli ilə birlikdə şəxsən Baş Konsulluğa gəlməlidir. Vətəndaşdan biometrik pasportun tələblərinə uyğun üz təsvirinin foto şəkli, əl-barmaq izləri və elektron imzası alındıqdan sonra, sənədlər elektron formada AR Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinə göndərilir.

Pasportun rəsmiləşdirilməsi adətən 2-3 ay müddət tələb edir.