İlk dəfə pasportun alınması

İlk dəfə pasport alan vətəndaşlara yeni biometrik pasportun Baş Konsulluq vasitəsilə rəsmiləşdirilməsi üçün tələb olunan sənədlər.

  1. Vətəndaşın şəxsiyyət vəsiqəsinin əsli (və ya 15 yaşı tamam olmamış vətəndaşın doğum haqqında şəhadətnaməsi, yaxud gələcəkdə tətbiq olunacaq fərdi identifikasiya kartı)

    Fərdi identifikasiya kartı verilənədək, Azərbaycan Respublikasının 15 yaşı tamam olmamış vətəndaşının yaşayış yeri üzrə qeydiyyata alınmasını təsdiq edən arayış;

  2. Ərizə - Anket;
  3. Doldurulmuş Xarici ölkədə daimi yaşayan Azərbaycan Respublikası vətəndaşının uçot kartoçkası;
  4. Vətəndaşın ərizəsi Nümunə;
  5. "Green Card". “Green Card” sənədi olmadığı təqdirdə, ABŞ ərazisində qanuni yaşamasını təsdiq edən sənədin notariusda təsdiq olunmuş surəti;
  6. "Social Security"
  7. 2 ədəd foto şəkil
  8. 55 (əlli beş) ABŞ dolları məbləğində "money order" (nümunəyə bax) və ya “cashier’s check” (nümunəyə bax)"Payable to the Consulate General of Azerbaijan". 

40 (qırx) AZN dövlət rüsumu Bakıda ödənildikdən sonra, Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsində rəsmiləşdirilmiş yeni biometrik pasport Xarici İşlər Nazirliyi vasitəsilə Baş Konsulluğa çatdırılır. 

Qeyd: Dövlət rüsumunun elektron ödənilməsi üçün AR Daxili İşlər Nazirliyinin rəsmi internet səhifəsinə (www.mia.gov.az) daxil olaraq, “Dövlət rüsumlarının, cərimələrin və xidmət haqlarının elektron ödənişi” xanasına daxil olaraq həyata keçirilməsi mümkündür.

Müraciət edən şəxs müvafiq qaydaya uyğun ardıcıllıqla tərtib edilmiş sənədlərlə və şəxsiyyət vəsiqəsinin əsli ilə birlikdə şəxsən Baş Konsulluğa gəlməlidir. Vətəndaşdan biometrik pasportun tələblərinə uyğun üz təsvirinin foto şəkli, əl-barmaq izləri və elektron imzası alındıqdan sonra, sənədlər elektron formada AR Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinə göndərilir.

Qeyd: 15 yaşı tamam olmamış vətəndaşlardan əl-barmaq izləri götürülmür.

18 yaşı tamam olmamış vətəndaşa pasport verildikdə yuxarıda sadalanan sənədlərdən əlavə aşağıda qeyd olunan sənədlər də Baş Konsulluğa təqdim edilməlidir

 - Qan qrupu haqqında tibbi arayış (uşağın şəxsiyyət vəsiqəsi və yaxud gələcəkdə veriləcək fərdi identifikasiya kartı təqdim edildikdə bu sənəd tələb olunmur)
 - Valideynlərin təsdiq edilmiş razılığı
 - Valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürəninin, himayəçisinin və ya qəyyumunun hüquqlarını təsdiq edən sənəd. 

Qeyd: 18 yaşı tamam olmamış vətəndaş ölkədən valideynləri ilə, övladlığa götürənlə, himayəçisi və ya qəyyumu ilə gedə bilər. 18 yaşı tamam olmamış vətəndaş ölkədən valideynlərinin biri ilə getdikdə digər valideynin notarial qaydada təsdiq edilmiş razılığı tələb olunur.
 

Pasportun rəsmiləşdirilməsi adətən 2-3 ay müddət tələb edir.