Doğumun qeydə alınması

Doğum haqqında Şəhadətnamənin verilməsi

Azərbaycan Respublikasının Vətəndaşlığı haqqında Qanuna əsasən Azərbaycan Respublikasının vətəndaşından doğulan uşaq Azərbaycan Respublikasının vətəndaşlığını əldə edir. Həmin qanuna əsasən, doğum haqqında şəhadətnamə Azərbaycan Respublikasının vətəndaşlığını təsdiq edən sənəddir.

ABŞ-da yaşayan Azərbaycan Respublikası vətəndaşlarının müraciətinə əsasən yeni doğulmuş uşağa doğum haqqında şəhadətnamə rəsmiləşdirilə bilər. Doğum haqqında məlumat uşağın doğulduğu gündən ən geci 3 ay ərzində verilməlidir.

ABŞ ərazisində doğulmuş Azərbaycan Respublikası vətəndaşlarının qeydiyyatı və onlara Azərbaycan Respublikasının vətəndaşlığını təsdiq edən doğum haqqında şəhadətnamələr aşağıdakı hallarda verilir:

  • Uşaq Azərbaycan Respublikasının Los Ancelesdəki Baş Konsulluğunun konsulluq dairəsinə düşən ştatlardan (Alyaska, Arizona, Kaliforniya, Kolorado, Havay adaları, Aydaho, Montana, Nevada, Nyu Meksika, Oreqon, Yuta, Vaşinqton və Vayominq) birinin ərazisində doğulduqda;
  • Uşağın valideynləri Azərbaycan Respublikasının vətəndaşları olduqda;
  • Uşağa ABŞ-ın səlahiyyətli orqanları tərəfindən doğum haqqında şəhadətnamə verilmədikdə;
  • Uşağın doğulduğu gündən etibarən doğumun qeydiyyata alınmasına dair müraciət edildiyi tarixə qədər üç aylıq müddət başa çatmadıqda.

Uşağın doğum qeydiyyatını aparmaq və şəhadətnamə vermək üçün valideynlər aşağıdakı sənədləri təqdim edirlər:

  • Valideynlərin şəxsiyyəti təsdiq edən sənədləri;
  • Valideynlərin doğum haqqında şəhadətnamələri
  • Doğum haqqında şəhadətnamənin verilməsinə dair Baş konsulun adına ünvanlanmış ərizə (ərizdə uşağa vermək istədiyiniz ad, soyad və ata adı dəqiq qeyd olunmalıdır);
  • Uşağın doğulduğu ABŞ tibb müəssisəsindən notarial qaydada təsdiq edilmiş arayış;
  • Nikah haqqında şəhadətnamə (o cümlədən müvafiq halda, atalığın müəyyən edilməsi haqqında arayış);

Qeyd: Doğum haqqında şəhadətnamə rəsmiləşdirilərkən heç bir dövlət rüsumu tutulmur.