Uşağın şəklinin pasporta daxil edilməsi

18 yaşı tamam olmamış, valideynlərindən biri Azərbaycan Respublikasının vətəndaşı olan uşaqların şəkillərinin valideynin Azərbaycan Respublikasının ümumvətəndaş pasportuna daxil edilməsi üçün tələb olan sənədlər:

  1. 18 yaşı tamam olmamış uşağın doğum haqqında şəhadətnaməsinin notariusda təsdiq edilmiş surəti;
  2. Fotoşəklin daxil ediləcəyi pasportun sahibi olan valideynin şəxsi ərizəsi (ərizədəki şəxsi imza notarial qaydada təsdiq olunmalıdır) Nümunə;
  3. Fotoşəkilin daxil ediləcəyi pasportun əsli;
  4. Daxil ediləcək uşağın rəngli fotoşəkilli – 3 ədəd;
  5. Valideynlərin pasportlarının surətləri – 1 nüsxə;

    Qeyd: AR vətəndaşı olan valideynlər Baş Konsulluqda konsulluq qeydiyyatında deyillərsə, bu zaman konsulluq qeydiyyatından keçməlidirlər.
  6. Valideynlərin nikah şəhadətnamələrinin notarial qaydada təsdiq olunmuş surəti – 1 nüsxə;
  7. Valideynlərin razılıq ərizəsi (ərizədəki şəxsi imza notarial qaydada təsdiq olunmalıdır) Nümunə;
  8. 25 ABŞ dolları məbləğində "money order" (nümunəyə bax) və ya “cashier’s check” (nümunəyə bax). "Payable to the the Consulate General of Azerbaijan".

Qeyd: Fotoşəkil bir valideynin pasportuna daxil edildikdə, digər valideynin etiraz etməməsi haqqında notarial qaydada təsdiq edilmiş razılıq ərizəsi səndələrə əlavə edilməlidir. (Misal üçün: Fotoşəkil ananın pasportuna daxil edildikdə, atanın etiraz etməməsi haqqında notariusda təsdiq edilmiş razılıq ərizəsi sənədlərə əlavə edilməlidir).

Sənədlərin geri qaytarılması üçün poçt xərcləri ödənilmiş zərfi əlavə edin (Zərfin üstünə ünvanınızı yazın və pasportun Express Mail ilə geri qaytarılması üçün ödəniş markası yapışdırın).

Diqqət!

Baş Konsulluq sənədlərin poçt vasitəsi ilə göndərişi zamanı itirilməsi və yaxud yararsız hala düşməsinə görə məsuliyyət daşımır.

Sənədlər tam və düzgün tərtib edilmədiyi təqdirdə icraya qəbul olunmadan ərizəçiyə geri qaytarılacaqdır.